
“EL” hərəkatı geldi
Martın 12-də “EL” hərəkatı təqdim olunub.
Bakıda, hərəkatın ofisində keçirilən təqdimat prosesində qurumun rəsmən yaradıldığı açıqlanıb. Politoloq Eldar Namazov sədrlik etdiyi təşəbbüs qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Allahverdiyev daxildirlər.
Təqdimat mərasimində hərəkatın bəyanatl yayılıb. Bəyanatda bildirilir ki, hərəkat şəffaf və demokratik seçki mühitinin yaradılması, səsvermənin nəticələrinin saxtalaşdırılmasına qarşı təcili tədbirlər görülməsi üçün çalışacaq. Qurum 2013-cü ilin prezident seçkisində özünün irəli sürdüyü və yaxud demokratik düşərgənin konsensus əsasında məqbul saydığı namizədin qalib gəlməsi üçün Azərbaycanın bütün ictimai-siyasi qurumları və siyasi qüvvələrlə dialoqa hazır olduğunu da bəyan edib.
Mərasimə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai hərəkatların nümayəndələri, o sıradan Ziyalılar Forumunun üzvləri, ictimai xadimlər, insan haqları müdafiəçiləri, QHT sektorunun təmsilçiləri ilə yanaşı Azərbaycandakı diplomatik korpusun təmsilçiləri də dəvət olunub.