Cümə günü avrozonadakı işsizlik miqdarı barədə yayılan statistikalar göstərdi ki, aprel ayında bu məntəqədə işsizlik miqdarı misli görünməmiş bir səviyyəyə çatıb və may ayındakı illik inflyasiya yenidən artmaqda olub.
Avropa Birliyinin Statistika Agentliyi(Eurostat) bildirib ki, aprel ayında bu məntəqədə 95 min nəfər işsizlər cərgəsinə qoşulub və işsizlərin sayını təqribən 19 milyon 400 min nəfərə çatdırıb.
Yunanıstan və İspaniya avrozonada ən yuxarı işsizlik göstəricisinə malikdirlər və Yunanıstanda gənclərin işsizlik göstəricisi 62 %-i ötüb keçibdir.