Bəhreyn rejimi azadlıqlar üzrə hüquqları pozmasının davamında bir neçə Bəhreyn vətəndaşını həbs edibdir.
Ali-Xəlifə rejiminin qüvvələri şənbə günü gecə Sitrə məntəqəsində Bəhreyn vətəndaşlarının mənzillərinə basqın edib, onların vəsaitlərini dağıdaraq, iyirmi bəhreynli gənci puç bəhanələrlə həbs ediblər.
Bəhreyn rejiminin inqilabçı gənclər arasında qorxu hissi yaratmaq üçün işlətdiyi metodlardan biri, gecə vaxtı kobudluqla vətəndaşların mənzillərinə hücum etməkdir.
Digər tərəfdən, Ali-Xəlifə rejiminin qüvvələri Bəhreyn vətəndaşlarının bu ölkənin Əl-Ali məntəqəsindəki Əl-Bərği məscidinin xarabalıqlarında namaz qılmalarına mane olublar. Əl-Bərği məscidi bundan öncə Ali-Xəlifə rejiminin qüvvələri tərəfindən dağıdılmışdı.
Bəhreyndən məlumatlı iraqlı qaynaqlara istinadla daxil olan digər bir xəbərə əsasən, Hüseyn(ə) ərbəyini mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən Kərbəlayi-Muəllaya yola düşmüş bəhreynli şiə zəvvarlar arasında Bəhreyn Kəşfiyyat Təşkilatının tabeliyində olan nüfuzlu şəxslər mövcuddur.
İraqlı mənbələrin bildirdiklərinə görə, bəhreynli zəvvarlar arasında olan nüfuzlu şəxslərdən biri, Vəlid adında bir şəxsdir ki, bəhreynli şiələrin evlərinə basqın və onları həbs edərək, işgəncə verməkdə məsuliyyət daşıyır.
İraqlı mənbələr bildiriblər ki, Bəhreyn hökuməti bu addımla bu ölkənin şiələrini nəzarət altına alaraq, münasib vaxtda onları Bəhreyndə cəzalandırmaq niyyətindədir.