DünyaXƏBƏRLƏR

Amerikalı müsəlmanlar Nyu-York polisindən şikayət ediblər

ABŞ-da hüquq sahəsindəki fəal vəkillərin bir qrupu müsəlmanlardan casusluq etdiyinə görə Nyu-York polis idarəsindən məhkəməyə şikayət etmək istəyir.

Amerikalı vəkillər çərşənbə axşamı günü bu barədə şikayət tənzimləyərək bildiriblər ki, ABŞ polis idarəsinin müsəlmanlardan casusluğu konstitusiyaya ziddir.

Bu vəkillər həmçinin məhkəməni polis idarəsinə bu barədə qeyd olunmuş bütün məlumatları silməyə göstəriş verməyə məcbur etmək niyyətindədirlər.

Nyu-York Müsəlmanlar İcmasının imam camaatından biri Həmid Həsən Rza bu barədə Nyu-York polis idarəsi qarşısında keçirilən aksiya zamanı deyib: Bizim məscid və dini məkanlarımız azad olmalıdır. Lakin Nyu-York polis idarəsinin casusluq proqramı onları şübhəli məkanlar və nəzarət obyektinə çevirib.

Rza davamında xatırladıb ki, Nyu-York polisinin onun sözlərini senzura etməsi təhlükəsinə görə, öz xütbələrini Broklin məscidində qeydə almağa məcburdur.

Associated Press İnformasiya Agentliyi 2011-ci ildə ilk dəfə olaraq Nyu-York polis idarəsinin müsəlman vətəndaşlardan casusluq etmək proqramını ifşa edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu