Ərəbistanda edama məhkum edilmiş canilər, Suriyaya göndərilirlər.
İngilis yazıçı Hugh Tomlinson-un bildirdiyinə görə edama məhkum edilmiş bir çox Ərəbistan vətəndaşı Suriyaya göndərilirlər ki, silahlı terror qruplaşmaları ilə birlikdə Suriyanın dövlət quruluşunun qüvvələri ilə müharibə etsinlər.
İraqın Əl-Nəxil Xəbər Agentliyinin verdiyi məlumata görə Tomlinson deyib: Ərəbistanın məsul şəxsləri mindən çox Ərəbistan vətəndaşının Suriyada fəal olan terrorçu qruplaşmalarla əməkdaşlıq etmələrinə etiraf ediblər və Qərbdə yayımlanmış informasiya hesabatlarına əsasən üç mindən çox silahlı Ərəbistan vətəndaşı Suriyada fəaliyyət göstərirlər. Amma Qərbin statistika mərkəzləri Suriyada olan Ərəbistan vətəndaşlarının sayının 12 min nəfərdən çox olduğunu bildiriblər.