AzərbaycanİranXƏBƏRLƏR
Əhmədinejad: Şərqi Azərbaycan İran tarixində təsirli rola malik olub
İran İslam Respublikası prezidenti Şərqi Azərbaycan əhalisinin İran tarixindəki rolunu mühüm və təsirli adlandırıb.
Mahmud Əhmədinejad bu gün Şərqi Azərbaycan vilayətinə olan səfəri zamanı deyib: Azərbaycan xalqı tarix boyu daim eşq, tövhid, ədalət və iman yolunda addımlayıb və bu məntəqənin mücahidləri, arifləri və siyasətçiləri də tarix boyu parıldayıblar.
M.Əhmədinejad əlavə edib: Şərqi Azərbaycan vilayətinin zəlzələdən zərərçəkmiş məntəqələrinə səfər zamanı, bu məntəqələrin bərpası əməliyyatının yekunlaşması xəbəri elan olunacaq.