İraqXƏBƏRLƏR

Bağdad ətrafındakı bir futbol meydançasında qanlı partlayış

İraqın paytaxtı-Bağdadın ətrafındakı bir futbol meydançasında bir bombanın partlaması nəticəsində azı doqquz nəfər həlak olub.

İlkin məlumatlara görə, həlak olanların əksəriyyətini on altı yaşından aşağı yeniyetmə uşaqlar təşkil edirlər.
Hələlik bir şəxs və ya qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyib. Bu partlayış futbolçular və tamaşaçıları hədəfə alan partlayışların davamında baş verir.
İraq bu günlər son illər ərzində ən pis firqəvi kobudluqları təcrübə edir. Daxili İşlər Nazirliyi rəsmiləri və xəstəxana mənbələri Frans-Pressə deyiblər ki, parlayışda azı iyirmi beş nəfər də yaralanıbdır.
Bu partlayış Bağdaddan cənub-şərqdə yerləşən Nəhrəvan məhəlləsində baş verib.
İraqın bir təhlükəsizlik rəsmisi də bildiribdir ki, iraqlı qüvvələr bir neçə təhlükəsizlik əməliyyatı həyata keçirərək, terrorçu Əl-Qaidə şəbəkəsinin üzvlərindən bir neçəsi daxil olmaqla on üç nəfəri həbs ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu