LivanXƏBƏRLƏR

Laricani: sionist rejimin Hizbullaha qarşı səhvini təkrar edəcəyinə inanmıram

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri sionist rejimin bir daha Hizbullaha qarşı səhvini təkrar edəcəyinə və Livana qarşı yeni bir cəbhə açacağına inanmadığını deyib.

İran İslam Şurası Məclisinin sədri əl-Məyadin telekanalı ilə müsahibədə Hizbullahın Livanı müdafiə etmək üçün kifayət qədər gücə, qüdrətə və təcrübəyə malik olduğunu deyərək, vurğulayıb: sionistlərin məqsədi region ölkələrinin təhlükəsizliyinə zərbə vurmaqdır. İslam ölkələrinin vəzifəsi isə regionda sabitlik və təhlükəsizliyi bərpa etməkdir.

Ə.Laricani İran-Ərəbistan münasibətləri haqda da deyib: İran Ərəbistan ilə qarşıdurma və çəkişmə üçün heç bir səbəb görmür. Baxmayaraq ki, baxışlarda və yanaşmalarda müəyyən fərqlər və ixtilaflar mövcuddur.
İran Parlamentinin sədri İraqın ABŞ tərəfindən işğal edilməsindən sonra məzhəblərarası qarşıdurma fitnəsini yatırtmaq üçün İranın xeyli səylər həyata keçirdiyini deyərək, vurğulayıb: Tehran həm Bəhreyndə, həm də Suriyada xarici müdaxilənin yanlış olduğuna inanır.

İranın qanunvericilik məclisinin sədri Suriyanın İranın hərbi dəstəyinə ehtiyaclı olmadığını deyərək, əlavə edib: İsrailin Suriyanın daxili işlərinə müdaxilə edəcəyi təqdirdə bu ölkə özünü müdafiə edə biləcək gücə malikdir.

Laricani İran ilə Həmas arasındakı əlaqələrin də keçmişdə olduğu kimi yaxşı olduğunu bildirib və deyib: İslam hökmlərinə əsasən müqaviməti himayə etmək lazımdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu