AsyaDünyaİranXƏBƏRLƏR

Xarici güclər Əfqanıstan təhlükəsizlik problemlərini daha da artırmaqda

İran İslami Şura Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri, xarici güclərin Əfqanıstandakı varlığının, bu ölkə təhlükəsizlik problemlərini daha da artırdığını və bölgədə narkotik maddə istehsalının daha da artmasını özü ilə gətirdiyini bildirdi.

İslami Şura Məclisi Xəbər Agentliyinin bildirdiyin görə dünən Əfqanıstan Milli Partiyası Ümumi Başçısı ilə görüşən İran İslami Şura Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Alaeddin Brucerdi, Amerikanın Əfqanıstan ilə təhlükəsizlik razılaşmasının imzalanmasının Əfqanların müstəqillik istəyən azad ruhlarına zidd olduğunu, çünki xarici güclərin bu ölkədəki varlığının davam etməsinin Əfqanıstanın təhlükəsizlik problemlərinin daha da artmasına səbəb olduğunu söylədi.

Əfqanıstan Milli Partiyası Ümumi Başçısı Məhəmməd Həsən Cəfəri də bu görüşdə, Əfqanıstan hökuməti ilə Amerika arasında təhlükəsizlik müqaviləsinin imzalanmasına qarşı olduqlarını bildirərək, bu razılaşmanın imzalanmasından Əfqanıstan xalqının utanc vəsiləsi olduğunu söylədi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu