XƏBƏRLƏR

Ayətullah Kaşani: Dünya İranın nüvə haqqını rəsmən tanıdı

Tehranın cümə namazı xitabətçisi İran İslam Respublikasının Cenevrədə 5+1 qrupu ilə müzakirələrdə iştirakda hədəfini dünya qüdrətlərinin İranın nüvə haqqına hörmət etmələri və bu haqqı rəsmən tanımaları adlandırıb. Tehranın cümə namazı xitabətçisi İranın nüvə müzakirə heyətinin Cenevrədə 5+1 qrupu ilə nüvə danışıqlarındakı uğuruna işarə edərək, deyib: İranın bu danışıqlardakı yeganə hədəfi, qərb ölkələrinin İranın dinc nüvə fəaliyyətlərinə hörmət etmələri və bu haqqın rəsmən tanınması olubdur. Ayətullah Məhəmməd İmami-Kaşani əlavə edib: Bəzi qərb ölkələrinin və İsrail rejiminin İranın nüvə silahı əldə etməyə çalışmasına dair iddiaları və təbliğatlarının əksinə olaraq, İran nəinki bu silahın ardınca olmayıb və deyil, həm də regionun təhlükəsizliyi və dincliyi çərçivəsində hər cür kütləvi qırğın silahının istehsalı və yayılması ilə müxalifdir. Tehranın cümə namazı xitabətçisi bildirib ki, İran son 34 il ərzində regionun təhlükəsizliyi və dincliyinin İran İslam Respublikasının xarici siyasətinin prioriteti olduğunu sübut edibdir. O, əlavə edib: Tarixdə hələ İranın qonşu və digər ölkələrə təcavüzü haqda bir sənəd və ya fakt mövcud deyil. Tehranın cümə namazı xitabətçisi həmçinin Amerikanın dövlət katibi- Con Kerrinin sanksiyaların İranı təslim etməsinə və müzakirə masası arxasına çəkməsinə dair sözlərinə işarə edərək, deyib: Hərçənd iqtisadiyyat xalqların gündəlik həyatında mühüm rol oynayır, lakin başıucalıq, qüdrət, milli maraq və elm yolunda inkişaf İran xalqı üçün hər şeydən artıq dəyərlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu