İraqın baş naziri bu ölkədəki bütün cinayətkarcasına hərəkətlərdə, o cümlədən insanların diri-diri basdırılması, qiyamların repressiyalara məruz edilməsi, kütləvi qəbirlər habelə bu ölkənin bütün məntəqələrində partlayışların baş verməsində Bəəs partiyasının məsuliyyət daşıdığını bildirib.
İraqın baş naziri Nuri Əl-Maliki Bağdada kütləvi qəbirlərin qurbanları haqda keçirilən ümumi konfransda çıxışı zamanı həmçinin deyib: “ Günahsız xalqı diri-diri qəbirə basan və kütləvi qəbirlərdə onları dəfn edən şəxslər, bu gün bomba yerləşdirməklə bir çox günahsızı qətlə yetirən şəxslərdirlər. Onların ən son hərəkəti İraqda idi ki, terrorçular və Əl-Qaidə təşkilatı tərəfindən həyata keçirildi”.
Əl-Maliki sözlərinin davamında deyib: “ Olduqca ürəkyandırıcı olan məsələ budur ki, Hələbçə kimyəvi bombardmanı və kütləvi qəbirlərin icraçıları hələ cəzalandırılmayıblar və onların cinayətləri haqda məhkəmə tərəfindən heç bir hökm çıxarılmayıb.