İran İslam Respublikası prezidenti Zərdüştlərin 10-cu Ümumdünya Konqresinə müraciətində dinin qorunmasını, bütün mədəniyyətlər və sivilizasiyalar arasında əməkdaşlıqların qorunmasını bəşəriyyətin xeyrinə adlandırıb.
Həsən Ruhani öz müraciətində deyib: İran xeyirxahlıq və yaxşılıqlar carçısı Zərdüştün və zərdüştlərin ilk vətəni olub. Zərdüşt dininin İranda hətta İslam dini ilə yanaşı daim mövcud olması İran və İslam mədəniyyəti və sivilizasiyasının genişlənməsində təsirli rola malik olmalarına səbəb olub.
Ruhani deyib: Bu kimi toplantıların keçirilməsi yalnız Böyük Zərdüştün davamçıları üçün yox, bütün iranlılar və müsəlmanlar üçün iftixar mənbəyidir. Çünki, dinin qorunduğu, din və mədəniyyətlər arasında əməkdaşlığın olduğu yerdə, hamı ondan faydalanar.
İran prezidenti bu gün dünyanın hər zaman olduğundan daha artıq mənəvi və əxlaqi dəyər çeşmələrinə habelə, əməkdaşlıqlara ehtiyaclı olduğunu deyərək, vurğulayıb: Təfriqə, düşmənçilik, yersiz dini və mədəni təəssübkeşlik və əsəbilik harada olmasından asılı olmayaraq, şeytani siyasətlərin qondarmasıdır və buna görə də din və məzhəb davamçılarının üzərinə daha artıq məsuliyyət düşür.
Zərdüştlərin 10-cu Ümumdünya Konqresi cümə günü Hindistanın Bombey şəhərində dünyanın müxtəlif ölkələrindən olan zərdüştlərin iştirakı ilə işə başlayıb.