AsyaDünyaTürkiyəXƏBƏRLƏR

Türkiyə Azərbaycandan vəhhabilərin Suriyaya savaşa getməsini istəyir

Bakıda çıxan Türkiyə ilə sıx bağlılığı olan Yeni Müsavat qəzeti məlumat verib ki, Azərbaycan Respublikası MTN-in Suriyaya gedən azərbaycanlı vəhhabilərin izinə düşməsi Türkiyə hökumətində narahatçılıq yaradıb.

Yeni Müsavat qəzeti MTN-dən yaxud Türkiyənin xəfiyyə orqanlarından aldığı xəbərdə Qubada həbsdən qaçış planı hazırlayan vəhhabilərdən məlumat verib.
Vəhhabiləri mücahid kimi təqdim edən Yeni Müsavat qəzeti məlumat verib : “Hüquq-mühafizə orqanlarının azərbaycanlı “mücahidlər”in Suriyaya keçməsinin qarşısını almaq üçün Türkiyə sərhədlərində araşdırmalara başlaması qardaş ölkədə narahatlıq yaradıb.”
Qəzet əlavə edib : “Respublikadan kənarda savaşa qatılanların öncədən zərərsizləşdirilməsi istiqamətində tədbirlər hazırlanır.”
Qəzet yazıb : “Ruhanilərə qarşı terror çağırışı edən və bunun üçün hazırlıq görən iki nəfər ötən il noyabrda Qusarda həbs olunub. Bir neçə gündən sonra isə daha bir nəfər saxlanılıb.”
Vəhhabiləri mücahid adlandıran qəzet əlavə edib : “Hazırda xarici ölkələrdə, o cümlədən Şimali Qafqazda, Suriyada, Əfqanıstan və Pakistanda savaşan azərbaycanlı “mücahidlərin” nə zamansa Azərbaycanda münaqişəyə cəlb olunması təhlükəsi kifayət qədər realdır.”
MTN-in də təzəlikdə Azərbaycan Respublikasından Suriyaya savaşa gedən vəhhabiləri önləmək cəhdinə başlamasına işarə edən qəzet yazıb : “Artıq Britaniya və Belçika kimi Avropa dövlətləri Suriyaya savaşa gedən ölkə vətəndaşları ilə bağlı həyəcan təbili çalırlar. Britaniya hökuməti isə “mücahidlərin” vətəndaşlığını ləğv etmək haqda qərar verib. Azərbaycanda hansı kontur-mexanizmlərin hazırlanması haqda dəqiq məlumatımız olmasa da, məlumata görə, ölkədə dindarlar arasında savaş əhval-ruhiyyəsinin azaldılması yolları barədə proqram hazırlanır. Xüsusən də ölkədən kənarda savaşa qatılanların, eləcə də bu prosesdə bu və ya digər formada iştirak edən, bu fəaliyyətləri həyata keçirənlərin öncədən müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində tədbirlər hazırlanır. Artıq Azərbaycan xüsusi xidmət orqanlarının təmsilçiləri Türkiyədə Suriya ilə sərhəd bölgələrində araşdırmalara başlayıblar. Onlar azərbaycanlıların xüsusi təlim düşərgələrini müəyyənləşdirərək, məlumatlar toplamaq təşəbbüsləri göstərirlər. Bunun üçün əlverişli mühit yoxdur – Türkiyə xüsusi xidmət orqanları Suriyaya qarşı döyüşmək üçün dünyanın hər yerindən Suriya sərhədlərinə axın edən vəhhabilərin geri qaytarılmasında maraqlı deyillər. Buna görə də hazırda Azərbaycan və Türkiyənin məxfi xidmətləri arasında bir gərginlik yaşanmaqdadır. Hətta bəzi hallarda bu gərginliyi azaltmaq üçün işə konsulluq və səfirlik missiyaları da qarışır. ”
Digər tərəfdən İslam-Azəri saytı isə məlumat verib ki, Rusiyadan bir neçə azərbaycanlı Suriyaya savaşa gedib. Məlumatı Suriyaya gedənlərin valideynləri verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu