AsyaAvropaDünyaİranXƏBƏRLƏR

Vyanada Zərif-Aşton müzakirələrinin 4-cü günü başa çatıb

Vyanada aparılan nüvə danışıqlarının 4-cü günündə İranın xarici işlər naziri və Avropa Birliyi Xarici Siyasət İdarəsinin Koordinatoru arasında gedən danışıqların başa çatması ilə 6-lıq qrupuna üzv ölkələrin daxili məsləhətləşmələri başlanıb.

İRNA-nın məlumatına görə Məhəmmədcavad Zərif və Katrin Aştonun ikitərəfli müzakirələri cümə axşamı günü başa çatıb . Danışıqların iki saatdan çox çəkdiyi təsdiqlənib.
İranlı bir diplomat Zərif ilə Aştonun bugünkü nüvə danışıqlarının keyfiyyətini izah edərək deyib: Bu görüşdə bütün mövzular və məsələlər mübahisə edildi və hazırda 6-lıq qrupunun üzvləri müəyyən məsləhətləşmələrin aparılması üçün daxili görüş təşkil ediblər ki, İranın nümayəndə heyəti tərəfindən irəli sürülən məqamları mübahisə və müzakirə etsinlər.
Adının açıqlanmamasını istəyən diplomat əlavə olaraq deyib: Altılıq qrupu irəli sürülən məqamları müzakirə etdikdən sonra öz fikrini İranın nümayəndə heyətinə bəyan etməlidir.
İranın xarici işlər naziri dünən konkret müştərək fəaliyyət proqramının mətninin yazılmasına başlanmasını bildirib və xatırlatmışdır: Əlbəttə danışıqlar gedişinin başlanışı zəif olub, zira ciddi ixtilaflar mövcuddur. Lakin biz işlərin avand olmasını arzulayırıq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu