AfrikaXƏBƏRLƏR

7 islamçı və Müsəlman Qardaşları üzvünün həbsinə qərar verilib

Misir’in Ali Prokurorluğu 7 tanınmış islamçı və Müsəlman Qardaşları hərəkatının üzvünün həbsinə qərar verib.

Bu qərar Misir prezidenti Məhəmməd Mursi’nin tutduğu vəzifədən kənarlaşdırılmasından bir gün öncə və sonra Müsəlman Qardaşları tərəfdarları ilə müxalifləri arasında baş verən qarşıdurmaya görə verilib.

Müsəlman Qardaşları hərəkatının tanınmış üzvlərindən İsam əl-Üryan və Məhəmməd əl-Bəltaci həbsinə qərar verilmiş 7 nəfərdəndir. Bu iki nəfər gərginliyə təhrik etməkdə ittiham olunan şəxslərin siyahısında idilər. lakin o zamanda həbs olunmamışdılar.

Belə bir halda Müsəlman Qardaşları hərəkatı ötən həftə bir bəyanat verərək Mursinin kənarlaşdırılması ilə bağlı ordunun hərəkətinə qarşı olaraq dinc müqavimətini davam etdirəcəyini vəd edib.

Müsəlman Qardaşları hərəkatı bu bəyanatda bildirib: Leqallığa qarşı ordunun qanlı çevrilişi qarşısında dinc müqavimətimizi davam etdiririk və inanırıq ki, xalqın dinc tələbi zor və zülmə qalib gələcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu