DünyaXƏBƏRLƏR

Həqiqətpur: Hazıram Qarabağ xəyanətkarlarının adlarını açıqlayım

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini deyib: Azərbaycan Respublikası dövlət televiziyası vasitəsilə Qarabağ xainlərinin adlarını açıqlamağa hazıram.
azeri.sahartv.ir saytının məlumatına görə, Mənsur Həqiqətpur Azərbaycan Respublikası Parlamentinin üzvü Siyavuş Novruzov ilə yazışma formasında apardığı debatın davamında yazıb: “Ümidvaram mənimlə debata daxil olduğunuza görə peşman deyilsiniz. Yadınızda olsa Novruzun əvvəllərində, Araz çayının kənarında haqqında qərar qoyduğumuz danışıqlar elmidir. Əlbəttə, sizin təqviminizin miladi olmasına görə Novruzu xatırlamaq bəlkə də çətin olsun.”
Həqiqətpur Siyavuş Novruzovun ona məntiqdən və nəzakətdən uzaq cavablar verməsindən şikayətlənərək, deyib: “Əziz qardaşım! Sizdən ki, bədəxlaqlıq və ədəbsizlikdən başqa bir şey görmədim. Sizə onlarla elmi mövzu təqdim etdim və dedim ki, sizinlə öz ana dilinizdə və öz əlifbanızda yazışmağa, mübahisə aparmağa hazıram. Əgər öz ana dilinizdən və öz əlifbanızdan istifadə də sizin üçün çətindirsə, yenə də kömək etməyə hazıram. Allah sizi öz xəttinizdən, əlifbanızdan məhrum edənlərin günahından keçməsin. Onlar sizin mədəniyyətinizə, sivilizasiyanıza böyük zərbə vurublar. Mənim üçün təəccüblüdür ki, bu zərbəni necə aydınlatma və Qərbə inteqrasiya kimi tərifləyirsiniz?!”
Həqiqətpur əlavə edib: “Bu günlər Qərb sivilizasiya adına sizin əlinizlə müsəlman qadınların namusunu lağa qoyur və sizin əlinizlə Azərbaycandakı müsəlman ana və bacılarımızın başından  hicabını götürür.”
Mənsur Həqiqətpur Siyavuş Novruzov tərəfindən Qarabağ mövzusu ilə bağlı İran İslam Respublikasına vurulan ittihamlar və İranın ermənilərə kömək etməsi haqdakı iddialara cavab olaraq yazıb: Əgər sizə bir ünvan versəm, Badkubə Parlamentinin üzvü olaraq onu araşdırmağa hazırsınızmı? Aya Məhəmməd Rəfi Məhəmmədovu tanıyırsınız? Cənab Novruzxan aya sizin dövlət televiziyanız bizim ixtiyarımızda olan bəzi filmlərin ekran edilməsinə icazə verirmi? Siz bir deputat olaraq öz ölkənizin dövlət qurumlarından və ordusundan Qarabağla bağlı həqiqətləri əks etdirən filmləri sizin ixtiyarınıza verməsini tələb edə bilərsinizmi?”

Qarabağ müharibəsi zamanı İranın Azərbaycana olan yardımları prosesində aktiv iştiraka malik olmuş İran İslam Şurası Məclisinin bu üzvü deyib: Qala, Üçtəpə və digər işğal olunmuş rayonların sakinlərindən bizim haqqımızda soruşun. Əgər rəsmilər sizə həqiqətləri deməsələr, əmin olun ki, o məntəqələrin ədəbli və dərrakəli sakinləri bir çox həqiqətləri sizə danışarlar. Bir şərt ilə ki, siz və sizin təhlükəsizlik orqanınız xalqı incitməsin. Aya Azərbaycan Dövlət Televiziyasından heç bir senzura olmadan İslam torpaqları yəni, Qarabağ xainlərinin adlarını Azərbaycan xalqına açıqlamam üçün vaxt almağa hazırsanmı? Bilirsən sizin hansı rəsmiləriniz Xankəndi, Xocalı, Gəncə və sair məntəqələrdən qaçıblar və bir dəqiqə də olsun müqavimət göstərməyiblər?”
Həqiqətpur əlavə edib: “Cənab Siyavuş Novruzov! Əgər Qarabağ müharibəsində iştirak etməyibsənsə, əgər Qarabağın azadlığı istiqamətində Parlamentdə heç bir iş görməyibsənsə,  əgər Qarabağın cihad və mübarizə yolu ilə azad edilməsi iradəsinə malik deyilsənsə, təklif edirəm ki, Qarabağ haqda danışmağı o şəxslərə tapşır ki, onu azad etmək iradəsinə malikdirlər. O şəxslər ki, onların bəzisi hazırda dini etiqadlarına görə həbsdədirlər.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu