AzərbaycanXƏBƏRLƏR

Azərbaycanda yaşayan iranlılar üçün seçki məkanı elan olundu

İran İslam Respublikasının Bakıdakı səfiri İranda seçkilərin demokratiyanın nişanəsi olduğuna təkid edərək, deyib: Bakının Yasamal Rayonunda yerləşən konsulluğumuz cümə günü, iyunun 14-ü səhər saat 8-dən Azərbaycanda yaşayan iranlıların prezident seçkilərində iştirakına zəmin yaradacaq və onların seçkilərdəki iştirakını təmin edəcək.

Möhsün Pakayin əlavə edib: Azərbaycanda yaşayan iranlılar və iranlı turistlər səsvermədə iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və ya pasport ilə müraciət etməlidirlər.

İranın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəisi Seyid Məhəmməd Ayətullahi də bu xəbəri elan edərək, Azərbaycan Respublikasındakı iranlılardan istəyib ki, iyunun 14-də yerli vaxtla səhər saat 8-dən etibarən səfirliyinin 2 saylı binasına yəni, konsulluq şöbəsinə müraciət edərək, prezident seçkilərində iştirak etsinlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu