Moskva ABŞ və Avropa Birliyinin Ukrayna böhranı ilə əlaqədar Rusiya rəsmiləri əleyhinə tətbiq etdikləri sanksiyaları rədd edib və bildirib: Bu sanksiyalar qərbin zəif siyasətlərinin göstəricisidir.
Press TV-nin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov kubalı həmkarı Bruno Rodrigezlə Havanada görüşündə Ukrayna böhranına görə Rusiya əleyhinə tətbiq olunan sanksiyaların düzgün məntiq olmadığını bəyan edərək deyib: Rusiya istənilən şəkildə olan sanksiyaları rədd edir. Xüsusilə də ki, Ukrayna hadisələrinin nəzarətçisi, ABŞ və Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyaları.
Lavrovun bu açıqlaması ilə yanaşı qeyd edək ki, Ağ Ev Amerikanın Rusiya əleyhinə sanksiyaların 3-cü mərhələsini tətbiq etməklə, bu ölkənin 7 rəsmisi və Vladimir Putinə bağlı 17 şirkətini hədəfə aldığını bildirib.
Yaponiya da qərbin ardınca Ukrayna böhranına görə Rusiyanın 24 vətəndaşına viza qadağası tətbiq edib.