İranın Az. R-dakı səlahiyyətli səfiri bəyan edib ki, İran İslam Respublikası neft və qaz üzrə zəngin obyektlərə malik olmaqdan əlavə, bir çoxu hələ də istifadəyə verilməmiş zəngin mineral mənbələrə də malikdir.
İranın Bakıdakı səfiri Möhsün Pakayin dünya ölkələri arasında təbii sərvətlərə malik olduğu üçün İranın önəmli yerinə toxunaraq deyib: İranın müxtəlif bölgələrində mineral obyektlərin olması, İranda investisiya yatırmaqda maraqlananlar üçün mühüm imtiyaz sayılır və bu özəllik, İranın hər bir nötqəsində investisiya yatırmaq istəyən investorlara yüksək seçim imkanıverir.
Pakayin deyib: İran İslam Respublikası mis istehsalı üzrə dünyada yeddinci yerdə, dəmir metalı istehsalı üzrə 11-ci yerdə, Qurğuşun və sink istehsalı üzrə 20-ci yerdə, daşkömür istehsalıl üzrə 26-cı yerdə, qızıl istehsalı üzrə 57-ci yerdə, polad istehsalı üzrə Yaxın Şərq məntəqəsində 1-ci yerdə və Asiyada 6-cı yerdə və dünyada 15-ci yerdə, sement istehsalı üzrə 3-cü yerdə və krəmit və seramik istehsalı üzrə dünyada 4-cü yerdə durur.
İranın Bakıdakı səfiri İranda kənd təsərrüfatı və maldarlıq üzrə iri potensiyalın odluğunu vurğulayaraq deyib: İran meyvə-tərəvəz istehsalı üzrə Yaxın Şərq və şimali Afrika məntəqəsində birinci yerdə durur və bu sektor İranın qeyri-neft üzrə ixracat üzrə önəmli paya malikdir.
İranın Bakıdaı səfirinin dedyinə əsasən, İran İslam Respublikası ildə 25 milyon ton kartof istehsal etməklə dünyada bu məhsulun 14-cü istehsalçısı sayılır və ildə təxminən 200 min ton kartof İraq, Türkmənistan, Əfqanıstan və Az. R-a ixrac edir.