
İran İslam Respublıikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin qardaş xalqı Novruz bayramı münasibətilə təbrik edib.
İslam dininin bu bayrama müsbət baxışına işarə edən təbrik məktubunda bildirilir ki, Novruz region xalqlarının bir-birinə yaxınlaşdırır : “Bu irsin qorunub saxlanılması Novruz bayramını qeyd edən ölkələr arasında əlaqələrin inkişafına və regionda sülh, sabitlik və dostluqların güclənməsinə səbəb olacaq.”
Azərbaycan Respublikasının dövlətinə və xalqına uğurlar arzulayan səfir öz məktubunda əlavə edir: “Bizim yaxın qonşumuz olan Azərbaycan Respublikasında Novruz bayramının yenidən canlanması iki ölkə arasında mövcud olan çoxsayılı müştərək tarixi və mədəni tellərin artırılması deməkdir və bu da iki xalqın daha da yaxınlaşması və iki tərəfli münasibətlərin səvəyyəsinin yüksəlişində çox yaxşı rol oynaya bilər”.