Texnologiya əsrində kino modernizm və post-modernizmi daha əlverişli və mehvərli bəyan üslubu kimi tanınır və bu izdihamlı və qalmaqallı əsrin təfəkkür reallıqları və həqiqətini əks etdirir.
Film və ya başqa sözlə kino təkcə bir incəsənət deyil, həm də indiyə qədər olan və hər birinin min illərlə keçmişi olan incəsənət üslublarının tam şəkilli formasıdır. Əslində kino bır sıra protokol və kollektiv hadisədir ki, qısa müddətli ömrü ərzində digər incəsənət sahələrini çox asanlıqla arxada qoya bilmiş və dünya tamaşaçılarının ürəyində özünə yer açmışdır. Film və ya kino artıq dünya insanlarının digər incəsənət növlərindən daha çox maraq göstərdiyi bir sahə olaraq irəli sürülür.
Kino bir vasitə olaraq insanın ixtiyarında olan digər bütün vasitələr kimi cəhətsizdir. Onun mövcudluğu və əsasları modernizm və post-modernizm düşüncəsinə əsasən formalaşmasına və əlavə və məhdud təsirlərə malik olmasına baxmayaraq, dini tənzimləyici sistem və düşüncəyə əsasən ondan düzgün və münasib şəkildə istifadə etməklə dini ideologiyanın irəliləməsi istiqamətində ondan faydalanmaq olar.
Kino sahəsində önəmli olan və onu yüksək mövqeyə çatdıran məsələ dəyişiklik prosesidir. Bu incəsənət estetika, epistemologiya, etika və digər sahələr baxımından bu dəyişiklikləri yaratmışdır. İnsanlar arasında çox geniş cəhətlərdə psixoloji təsirlərlə kinonun birləşməsi müxtəlif düşüncələrin genişlənməsi üçün çox yararlı vasitə, hətta bir çox hallarda düzgün və yararlı düşüncələri məhv etməyə çevrilməsinə səbəb olmuşdur.
Kino bir sənət olaraq, digər tərəfdən isə bir vasitə olaraq insanın ixtiyarında olan digər bütün vasitələr kimi cəhətsizdir. Onun mövcudluğu və əsasları modernizm və post-modernizm düşüncəsinə əsasən formalaşmasına və əlavə və məhdud təsirlərə malik olmasına baxmayaraq, dini tənzimləyici sistem və düşüncəyə əsasən ondan düzgün və münasib şəkildə istifadə etməklə dini ideologiyanın irəliləməsi istiqamətində ondan faydalanmaq olar.
Sionist kompaniyalar bu incəsənətə külli miqdarda kapitallar yatırmaqla nəhəng gəlirlər əldə etməkdən əlavə, dəqiq və müntəzəm şəkildə dünyanın bir çox insanının düşüncə və təfəkkürünə nüfuz edə və insanların zehni və davranışında istər bilərəkdən, istərsə də dəqiq psixoloji üslublardan bilməyərəkdən istifadə etməklə çoxlu təsir göstərə bilmişlər. Hollivud insanların təfəkkür və düşüncəsi səviyyəsində çox təsirli filmləri təqdim etməklə ən önəmli kompaniyalardan biri hesab olunur. Bu kompaniya ildə çoxlu filmləri insanların düşüncə və təfəkkürünü dəyişmək və onların diqqətini öz mənafeyi və öz proqramlarında ehtiyacları olduğu istiqamətə yönəltmək istiqamətində bazara təqdim edir.
Digər tərəfdən kino texnologiyasının inkişaf etməsi ilə bu fenomen artıq qloballaşıb və artıq beynəlxalq səviyyədə insanların həyatı və düşüncəsinə təsir göstərir. Buna görə dinin bu sahəyə daxil olmaması dini düşüncə və inancların yayılması istiqamətində bu geniş potensialı buraxmaq mənasındadır. Bunun özü də dinin kənarda qalmasına səbəb olacaqdır. Dinin kənarda qalması qərb kinosu, xüsusilə də Hollivudun illərlə izlədiyi məqsəddir.
Buna görə kino mahiyyətcə həcv fenomeni deyildir, əksinə düşüncələrin çaları və qarşıdurmasıdır. Həmçinin kino həm qrammatik, həm morfoloji, həm də məzmun baxımdan tənqid edilə bilən dilə bənzəyir.
Bir film və yaxud düşüncə tənqid olunmalıdırsa, onun tənqidi, araşdırılması və təhlili üçün üslub olmalıdır.
Dini baxımdan bir filmin tənqid olunması dini əsaslar, məsələlər və məzmunları ətraflı şəkildə qavramağı tələb edir. Bir film din baxımından tənqid olunmalıdırsa, üç növ filmi dini baxışla qarşılaşmada nəzərdə tutmalıyıq. Dini film, qeyri-dini film və nə dini, nə də qeyri-dini film.
Bu məsələni qeyd etmək yerinə düşər ki, dini və islami əsaslara əsasən bir filmin tənqidi və təhlili onu izləyib-izləməmək üçün onun xoşa gəlib-gəlməyəcəyi ilə fərqli olacaqdır. Baxmayaraq ki, bir filmin təhlili və araşdırılmasının nəticələri filmin izlənilməsində xoşa gəlib-gəlməməsinə səbəb olur. Filmin xoşa gəlib-gəlməyəcəyi baxışının mövcud olduğu zaman baxış fiqhi əsaslara əsasən olacaq və filmin təhlili, tənqidi və araşdırılması üçün yer olmayacaqdır. Halbuki tənqidi baxış islam əsaslarına əsasən təkcə fiqhi baxış deyil. Baxmayaraq ki, fiqhi baxışa da şamil olur və fiqhi baxımdan xoşa gəlməyən film artıq dini əsaslara əsasən təhlil və tənqidə gedib çıxmayacaq. Çünki bu məsələ, faydasız və əbəs məsələ olacaqdır.
