İranXƏBƏRLƏR

İran və MAQATE-nin müzakirələr prosesi ümidvaredicidir

İranın Atom Enerjisi Təşkilatının sədri Tehranla agentliyin nüvə müzakirələri prosesini ümidverici dəyərləndirib.

 Cümə günü ( 15 noyabr) Tehranda jurnalistlər qarşısında İran ilə agentliyin nüvə müzakirələrinin prosesini ümidverici dəyərləndirən Əliəkbər Salehi bəyan edib: Danışıqların axarı yaxşıdır və nigaranlıq yeri yoxdur.

Salehi habelə yanvarın 20-si və 21-də Cenevrədə keçiriləcək nüvə müzakirələrinin üçüncü turunda İranla 6-lar qrupunun Tehranın nüvə məsələsinin həlli çərçivəsində yaxşı nəticələrə nail olamalarını arzulayıb.

MAQATE-nin baş direktoru Yukio Amano da cümə axşamı gecə ( 14 noyabr) bəyan edib : İran agentliklə əməkdaşlıqda əsaslı addımlar atıb.

Amano İranın sülhməramlı nüvə fəaliyyətləri haqda hazırladığı son hesabatında qeyd edib : Agentliyin İranla imzaladığı son əməkdaşlıq çərçivəsi özlüyündə böyük bir addım sayılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu