DünyaXƏBƏRLƏR

Con Kerri, R.Levinson barəsində açıqlama verməkdən boyun qaçırıb

ABŞ dövlət katibi Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-nin İranda itkin düşmüş casusunun barəsində suala cavab verməkdən boyun qaçırıb.

Con Kerri cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, Robert Levinson barəsində işə götürmə şəraiti və yaxud digər hər bir məsələ barəsində rəyi yoxdur.
ABŞ dövlət katibi həmçinin deyib: Bu casusun azad olunması və onun bu ölkəyə qayıtmasına zəmanət məqsədilə öz səylərini davam etdirəcək.
Təxminən 7 il öncə itkin düşən Robert Levinson İranda yüksək dövlət rəsmilərinin məlumatlarını toplamaqla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq edirdi.
Amerika KİV-nin məlumatına görə, MKİ Levinsonun ailəsinə 5 milyon 200 min dollar pul ödəyib ki, bu barədə məhkəməyə şikayət verməkdən çəkinsin.
MKİ-nin üç təhlilçisi bu casusluq işinin uğursuzluğa uğramasına görə tutduqları vəzifədən uzaqlaşdırılıb və yeddisi də cəzalandırılıb.
İran dəfələrlə elan edib ki, Levinsonun saxlanıldığı yer və vəziyyətindən xəbərsizdir. Lakin humanistliyə görə, bu şəxsin tapılmasına kömək etmək üçün hazırdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu