İslam peyğəmbərinin əziz qızı xanım Fatimənin(s.ə) əzadarlıq günlərinin gəlib çatması ilə o həzrətin ilk əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilib.
İslam İnqilabının Böyük Rəhbərinin Ofisinin informasiya xidməti tərəfindən verilən məlumata görə, müxtəlif təbəqədən olan insanlar və ölkə rəsmilərinin iştirakı ilə keçirilən bu mərasimdə Əhl Beyt(ə) məddahları xanım Fatimənin(s.ə) ali səciyyələrini bəyan edib, o həzrətin müsibətlərindən danışıblar.
Beş gün davam edəcək bu mərasim cümə gününə kimi hər gecə İmam Xomeyni(r.ə) hüseyniyəsində keçiriləcək.
