DünyaXƏBƏRLƏR

Alyans: Təbriz konfransı ilə bağlı Azərbaycan hökumətindən gözləntilərimiz alt-üst oldu

Azad Qarabağ Uğrunda Alyansın Təbrizdə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransının təxirə salınması ilə bağlı bildirdi ki, Azərbaycan hökumətindən dəstək gözləyirdik, amma gözləntilərimiz tamamilə alt-üst oldu.
Bu gün Noyabrın 6-sında Azad Qarabağ Uğrunda Alyansın Təbrizdə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransının təxirə salınması ilə bağlı mətbuat konfransı keçirilib.

Ttədbirdə çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli isə çıxışı zamanı bildirdi: “Təbrizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransın təxirə düşməsi yalnız təəssüf doğurur. Biz bununla işğalçıları bütün səviyyələrdə ifşa edəcəkdik. QHT-lər olaraq da hakimiyyətin bu istiqamətdə apardığı siyasətə dəstək vermək niyyətindəyik. Düşünürdük ki, konfransın keçirilməsinə 10 gün qalmış bizə hökumət tərəfindən birbaşa olmasa da dolayısı yollarla ciddi şəkildə dəstək veriləcək. Lakin gözləntilərimiz tamamilə alt-üst oldu. Belə ki, tədbirin keçirilməsinə saylı günlər qalmış, bir neçə nüfuzu olmayan media orqanlarında konfransla bağlı çirkin iftiralar yazılmaqla yanaşı tədbir müəmmalı şəkildə təxirə düşdü. Azad Qarabağ Uğrunda Alyans olaraq hesab edirik ki, Təbrizdə keçirilməsi nəzərdə tutulan Qarabağla bağlı beynəlxalq konfrans dövlətimizin və xalqın maraqlarına xidmət etdiyinə görə zəruridir və yaranmış maneələrə aradan qaldırılmalıdır.”

Tədbirdə iştirak edən QAT sədri Akif Nağı bildiridi ki, Biz Qarabağla bağlı konfransı təkcə Təbrizdə yox, eyni halda Türkiyədə, Gürcüstanda və Avropa ölkələrində də keçirmək niyyətindəyik.
QAT sədri Akif Nağı deyib ki, Hesab edirik ki, konfransın təxirə salınması ilə bağlı müəyyən anlaşılmazlıq yaranıb və qısa bir zaman ərzində öz həllini tapacaq. Biz bununla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və XİN rəhbəri Elmar Məmmədyarova rəsmi müraciət göndərib, görüşməyə çalışacağıq.”
Vətən Müharibəsi Əlillər Cəmiyyətinin sədri Firudin Məmmədov bildirdi ki, Noyabrın 6-sında Təbrizdə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransı da bu hədəfə xidmət edirdi. Sözügedən konfrans yalnız Ermənilərin marağına zidd idi və buna yalnız onlar maneə ola bilərdilər. Nəzərdə tutulan konfrans çox ciddi hədəflərə hesablanmışdı. Təəssüf ki, bizə məlum olmayan və dəqiqləşdirə bilmədiyimiz səbəblərdən tədbir təxirə düşdü. Ümid edirik ki, yaranmış problem öz həllini tapacaq və təxirə düşmüş konfransımız baş tutacaq.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu