Sionist rejim ordusunun hərbçiləri İordan Çayının Qərb Sahili və işğal edilmiş Qüds şəhərinin müxtəlif məntəqələrinə basqın edərək, fələstinlilərdən bir qrupunu həbs ediblər.
Bu gün çərşənbə günü səhər sionist rejim hərbçiləri Əl-Xəlilin qərbində yerləşən Əzna şəhərciyində fələstinlilərin evlərinə basqın edib, Əl-Nəcah universitetinin yataqxanası xüsusiyyət təşkil etməklə Nablos şəhəri və Beytləhmin müxtəlif məntəqələrinə hücum edərək, üç fələstinlini həbs ediblər.
İşğal Edilmiş Qüdsün şərqində yerləşən Əbudeys şəhərciyi və Beytül-Müqəddəsin şimalında yerləşən Şəəfat düşərgəsində fələstinli gənclərlə sionist rejim hərbçiləri arasında şiddətli toqquşmalar baş verib. Sionist İsrail rejimi ordusunun qüvvələri səs bombaları və gözyaşardıcı qaz bombaları ataraq, fələstinlilərə hücum ediblər.
İordan Çayının Qərb Sahilinin müxtəlif məntəqələrində Sionist rejim hərbçiləri tərəfindən fələstinli gənclərin həbs edilməsi elə bir halda davam edir ki, təqribən beş min fələstinli əsir , ən pis və acınacaqlı vəziyyətdə sionist rejim məhbəslərində həbsdədirlər.