İtaliyalı tacirlər və sanaye sahibləri, İran İslam Respublikası ilə ticarət, iqtisadiyyat üzrə əməkdaşlıqlarını genişləndirilməsi üzərində təkid ediblər.
İtaliya özəl şirkətlərinin müdirləri və iqtisadi və bankçılıq fəaliyyətləri üzrə tanınmış şəxsiyyətlər və iş adamlarından ibarət 100 nəfər ötən gün (cümə axşamı 21 noybar) Romda keçirilən İran İqitisadiyyatının potensialları adı ilə keçirilən konfransda, İran bazarlarında fəal şəkildə iştirak etmələri haqda maraqlı olduqlarını bildiriblər.
Sənaye Komponentləri istehsal edən İtaliyalı şirkətin sədri Can Luici Gati İRİB-nin Romadakı müxbirinə deyib: Biz neft-kimiya və enerji sahəsində 13 il müddətində İran ilə əməkdaşlığa fəxr edirik və İran bizim üçün dünyada ilk və həyatı bazar sayılır.
İtaliya və İran ticarət palatasının direktoru Piyer Luici Dagata isə iclasın kənarında deyib: İtaliyalı şirkətlər könüllü olaraq İran şirkətləri ilə ticarət mübadilələrinin aparılmasında artıq maraqlıdırlar.
İranın İtaliyadakı səlahiyyətli səfiri Cahanbəxş Müzəffəri isə İran ticarət və iqtisadiyyatının üstünlüklərini sadalayaraq, İran bazarı ilə əlaqədar 400 milyon dollar cıvarında investisiya yatırmaq qabiliyyətinin olduğunu İran ilə İtaliya arasında ikitərəfli sərmayələrin yatırılması üçün digər maraqlı məsələ adlandırıb.
İran-italiya ortaq ticarət palatasının ev sahibliyi ilə və İran İslam Respublikasının Romadakı səfirliyinin əməkdaşlığı nəticəsində İranın iqtisadi potesialları ilə tanışlıq üzrə toplantı İtaliyanın ticarət palatasında keçirilib.
