İslam İnqilabının Böyük Rəhbərinin ofisinin İraqdakı nümayəndəsi iranlıların ilk rəsmi əzadarlıq heyətinin “İmam Rza(ə)” adı ilə Kərbəlada qeydiyyata alındığını bildirib.
İranlıların ilk rəsmi əzadarlıq heyəti bu ildən etibarən İmam Rza(ə) adı ilə Kərbəlada qeydiyyata alınıb və bütün iranlılar bu heyət çərçivəsində İmam Hüseyn(ə) hərəmində, İmamın pak zərihi qarşısında əzadarlıq edə bilərlər.
Bundan sonra iranlı zəvvarlar və Kərbəlada yaşayan iranlılar özəl günlərdə İmam Hüseyn(ə)-ın pak məqbərəsi kənarında ərəb dilində əzadarlıq edən digər dəstələrlə yanaşı fars dilində əzadarlıq edə bilərlər.