AsyaDünyaİranXƏBƏRLƏR

Haşimi: Əgər qərblilər xoşməramlılığa malikdirlərsə, mövzunu daha da mürəkkəbləşdirməsinlər

İranın Məsləhət Şurasının sədri Cenevrədə İranla 5+1 Qrupu arasındakı müzakirələrdə olan uğurlara işarə edərək, deyib: Əgər qərblilər xoşməramlılığa malikdirlərsə və bu məsələni qayğıkeşlik və dostcasına həll etmək istəyirlərsə, işin uzadılmasına ehtiyac yoxdur.

Ayətullah Haşimi Rəfsəncani İqtisadi Qəhrəmanlıq Milli Konqresində, İslam İnqilabının Böyük Rəhbərinin nüvə silahından istifadənin haram olması üzrə fitvasına habelə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə təsisatlarına daha rahat və asan formada baxış keçirməsinə imkanın yaradılmasına işarə edərək, deyib: Əgər qərblilərin hədəfi bac almaqdırsa, onlar bilirlər ki, biz öz haqqımızı yaxşı şəkildə müdafiə edirik və hətta sanksiyalar dövründə də sülhsevər nüvə texnologiyasını onun bütün cəhətləri ilə əldə edə bildik. Buna görə də gizlətmək üçün bir şeyimiz yoxdur və hər şey açıq və aydındır.
Ayətullah Rəfsəncani deyib: Əgər qərblilər xoşməramlılığa malikdirlərsə, mövzunu uzatmamalı və daha da mürəkkəb etməməlidirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu