Sionist rejim hərbçilərinin əl-Əqsa məscidinə hücumunda 20 fələstinli namaz qılan yaralanıb.
Əl-Qüds televiziyasının məlumatına görə, sionist hərbçilər cümə namazından sonra əl-Əqsa məscidinin fələstinli namaz qılanlarına hücum və onlara qarşı gözyaşardıcı qaz, səs bombaları və rezin güllələrdən istifadə ediblər.
Belə bir halda yüzlərlə sionist hərbçi ötən gecə Əriha şəhərinin yaxınlığındakı Eyn Həclə kəndinə basqın ediblər və ən azı 14 nəfəri yaralayıb və onlarla nəfəri oğurlayıblar.
Eyn Həclə kəndinin sakinlərindən fələstinli fəal Abdulla Əbu Rəhmə deyib: Sionist hərbçilər bu kəndin ən azı 500 sakinini silahla hədələyərək avtobusa mindirib və digər məntəqələrə aparıblar.
