Amerika dövlət rəsmilərinin İranla nüvə müzakirələrində irəliləyişlərin olması üzrə sözlərinə rəğmən Amerika Senatının Xarici Əlaqələr Komitəsi cari həftədə İrana qarşı yeni sanksiyalar layihəsini araşdıracaqdır.
Amerika Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bab Mendenez, təmsil etdiyi komitənin, cari həftədə yeni sanksiyalar layihəsini araşdıracağını bildirib ki, müzakirələrlə eyni zamanda İraqa qarşı təzyiqlər də davam etsin.
Nüvə müzakirələrinin nəticəyə çatmamasından sonra, on gün sonra Cenevrə şəhərində yenidən bu müzakirələrin başlanması qərara alınıb.
Sionist rejim başçıları gələcək həftədə İranla 5+1 Qrupu arasındakı nüvə anlaşmasının əldə edilməsinin qarşısını almaq üçün Amerika Konqresi ilə müzakirələri kəskinləşdirəcəklərini bildiriblər.
