İraqın Əl-Miqdadiyyə məntəqəsində bomba partlayışı nəticəsində azı on altı nəfər həlak olub, iyirmi nəfər də yaralanıbdır.
İraqda satış mərkəzləri və izdihamlı bazarların yaxınlığında bomba qoyulmuş avtomobillərin partlaması və qanlı hücumlar Bağdadın şimal-şərqinin səksən kilometrliyində yerləşən Əl-Miqdadiyyə məntəqəsinin mərkəzində on altı nəfərin həlak olması ilə nəticələnib.
Əl-Miqdadiyyə məntəqəsi şiə əksəriyyətli Diyalə vilayətində yerləşir. Bu məntəqə son günlər kobudluqlar və terror əməliyyatlarının şahidi olubdur ki, hüseyniyyələr və dini mərkəzləri hədəfə alıb və bu məntəqədəki ailələrin böyük bir hissəsinin köçməsi və orada qorxu hissinin yaranmasına səbəb olub.