Suriyanın xarici işlər naziri Cenevrə 2 iclasına qatılmaq üçün İrandan dəvtin geri alınmasını gülünc bir hərəkət adlandırıb.
Suriya xarici işlər naziri ötən gün (çərşənbə axşamı 21 yanvar) regionda təhlükəsizlik və sülhun bərqərar edilməsində İran İslam Respublikasının önəmli rolunu vurğulayaraq deyib: Regionun sabitliyində İranın rolunu görməməzliyə vurmaq mümkün deyil və Cenevrə 2 konfransının İranın iştirakı olmadan keçirilməsii isə böyük səhvdir.
Müəllim açıqlayıb: İranın Cenevrə 2 konfransına qatılmasının tərəfdarı olmayan ölkələr əslində hazırkı durumun davam etməsinin tərəfdarlarıdırlar.
Suriya xarici işlər naziri deyib: BMT-nin öncə İrandan həmin konfransa qatılması üçün rəsmən dəvet etməsi və ardınca bu dəvətin geri alınması siyasi məntq bax;m;ndan, bu beynəlxalq qurum üçün siyasi biabırçılıqdan başqa heç bir şey töhfə etməyəcək.
Ameirkanın Cenevrə 2 konfransında iştirak etdirmək üçün suriya müxalifətindən ibarət bir heyəti təşkil etməkdə məğlubiyyətə uğradığına toxunan Suriyalı nazir deyib: BMT Suriyalı müxalifət qruplarının Cenevrə 2 konfransına dəvəti ilə bağlı qərbin təzyiqlərinə məruz qalıb.
Vəlid Müəllim Cenevrə 2 konfransının suriyalı-suriyalı tərəflər arasında dialoqa şərait yaratmasına və konfransın heç bir xarici qüvvənin müdaxiləsi olmadan keçirilməsinin vacibliyini vurğulayıb.
