İranXƏBƏRLƏR

Güləşçilər Tehranda simvolik etiraz etdilər (video)

Tehranda keçirilən güləş üzrə Dünya Kubokunun iştirakçıları və tamaşaçıların simvolik etirazının video-çarxı Beynəlxalq Güləş Federasiyasının rəsmi saytında yerləşdirilib.

Səhər telekanalı internet portalının məlumatına görə, ötən gün Tehranda keçirilən sərbəst güləş üzrə “Dünya Kuboku 2013” yarışlarında iştirakçı komandaların nümayəndələri döşəyin üzərinə çıxaraq “Güləşsiz olimpiya heç vaxt” məzmunlu şüar yazılan bayrağı dalğalandırıblar. Bu simvolik hərəkət o qədər təsiredici olub ki, bütün güləşçilər və hətta 12 mindən çox tamaşaçı da əl-ələ tutaraq səslənən musiqi ilə birlikdə öz birliklərini və güləşin sevimli idman növü olduğunu simvolik şəkildə nümayiş etdirib.

Bu maraqlı səhnələr o həddə Beynəlxalq Güləş Federasiyası rəsmilərinin diqqətini cəlb edib ki, onlar mobil və öz şəxsi kameraları ilə tamaşaçıların marağını çəkiblər. Belə ki, çəkilən videoları hazırladıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinə göndərsinlər. Eyni zamanda Olimpiya Oyunlarından güləşin çıxarılması ehtimalına qarşı bu simvolik etirazın video-çarxı Beynəlxalq Güləş Federasiyasının saytında müşahidə olunmaqdadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu