İran Quruluşunun Məsləhət Şurasının katibi İran islam İnqilabının zəfər çalmasının 35-ci ildönümünü əzizləyərək deyib: İmam Xomeyni (rə) və inqilab İran gənclərində özünəinam hissi yaratmaqla, bütün dünyanı təsir altına alan nəhəng bir güc yaratdı.
İRNA-nın verdiyi məlumata əsasən, Mohsen Rzayi İranın ikinci telekanalının Özəl Dialoq proqramında deyib: İslam İnqilabından öncə, İran gəncləri arasında başısoyuqluq, naümidlik hökm sürüdü və təhqirlər üzündən İran xalqı səpələnmiş damcılara çevrilmişdi, lakin İmam Xomeyni (rə) səpələnmiş bu damcıları birləşdirərək onu bir dənizə çevirdi.
İran İslam Qruluşunun Məsləhət Şurasının katibi açıqlayaraq bildirib: İslam İnqilabının əsas nailiyyətlərindən biri də gənclər arasında özünəinam hissinin bərpa edilməsi idi, hazırda həmin gənclər müxtəlif elmlər sahəsində İranın inkişaf amilinə çevriliblər.
Mohsen Rzai sanksiyaların ölkənin əsas problemi olmadığını deyərək bildirib: İşsizlik, inflyasiya və qeyri qənaətbəxş idarəçilik İran iqtisadiyyatının əsas problemlərini təşkil edir.