Ağstafada 4 ilə yaxındır ki, sübh azanı oxunmur.
Ağstafa sakini Vüsal Zeynalovun İslamınsesi.az saytına bildirib ki, Ağstafa Rayonunun İcra Hakimiyyətində işləyən Şaiq Qurbanov məscidin yaxınlığında yaşadığı üçün sübh azanının verilməsinə mane olur.
Qeyd edək ki, qonşu Qazax, Tovuz, Gəncə və Gədəbəy rayonlarında azan verilir. Bu hal isə möminlər arasında haqlı olaraq etiraza səbəb olub.
«Problemlə bağlı internet saytlarından birində keçirilən səsvermənin nəticələrinə görə, Azərbaycan əhalisinin 99 faizi azanın verilməsini istəyir. Yaranmış vəziyyətlə bağlı biz Azərbaycan Prezidenti Administrasiyasına, ölkə başçısının qaynar xətt xidmətinə və bir neçə aidiyyatlı qurumlara məlumat vermişik. Lakin təəssüflər olsun ki, məsələnin çözümü üçün heç bir tədbir görülməyib»,- deyə V.Zeynalov bildirib.
