
XƏBƏRLƏR
Ərəbistanda 300-dən çox kişi və qadın həbs olunub
Ərəbistanın xüsusi təhlükəsizlik qüvvələri bu ölkənin Təftiş İdarəsi və Baş Prokurorluq İdarəsinin binaları qarşısında etiraz aksiyaları keçirdiklərinə görə 300-dən çox kişi və qadını həbs ediblər.
Bu etiraz aksiyası dünən cümə günü( 2 mart) ərəbistanlı məhbusların ailələri tərəfindən Bəridə şəhərinin Təftiş İdarəsi və Baş Prokurorluq İdarəsinin qarşısında keçirilmişdi. Ərəbistanın Əl-Cəzirətülərəbiyyə saytının yazığına görə həbs edilənlərdən təqribən 15 nəfərinin qadın olduğu bildirilib. Bu aksiyanın başlanması və onu davam etdirməyə israr etmələrinin davam etməsi ilə Al-Səud rejiminin təhlükəsizlik qüvvələri onlara doğru hücum edərək, aksiyaçılardan 300-dən çoxlunu həbs ediblər.