DünyaXƏBƏRLƏR

Port Səid toqquşmalarında 157 misirli yaralandı

Süveyş kanalının kənarında yerləşən Port Səid şəhərində aksiya iştirakçıları ilə polis arasında gedən toqquşmalarda 157 nəfərin yaralandığı bildirilir.
Misirlilər bazar günü Port Səid küçələrinə axışaraq, etiraz aksiyası keçirməyə çalışıblar. Təhlükəsizlik qüvvələri isə insanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bunun ardınca tərəflər arasında çıxan toqquşmada 157 nəfərin yaralandığı bildirilir.
Aksiya iştirakçıları ötən aylar ərzində polisin nümayişçilərə qarşı zorakılıqlarında həyatını itirmiş 40 nəfərlə bağlı ədalətin icra olunmasını istəyirlər.
Bu toqquşmalar Misir məhkəməsinin yerli sakinlərdən 21-i haqda 2012-ci ilin fevralında futbol matçından sonra çıxan və 74 nəfərin ölümü ilə nəticələnən hadisələrlə əlaqədar ölüm hökmü çıxartmasının ardınca başlayıb.
Şənbə günü də Port Səid şəhəri oxşar etiraz aksiyasının şahidi olmuşdu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu