AzərbaycanXƏBƏRLƏR

Bakı məhkəməsinin ədalətsiz qərarına reaksiyalar davam edir

Bakı məhkəməsinin hicabın qeyri-qanuni qadağan olunmasına etiraz üzrə aksiyalarda iştirak edənlərə qarşı ağır qərarları Azərbaycan Respublikasının siyasi qurum və partiyalarının reaksiyası ilə üzləşib və onlar bu qərarları ədalətsiz adlandırıblar.

Salam-News İnformasiya Agentliyinin məlumatına görə, bu reaksiyaların davamında Azərbaycan Xalq Cəbhəsi öz məsləhət iclasında məhkəmənin qərarlarını müstəbidlik və bəşəriyyətə qarşı adlandırıb və əlavə edib: Azərbaycan Respublikası məhkəməsi bazar ertəsi günü 8 nəfəri hicab qadağasına qarşı 2012-ci il 5 oktyabr aksiyasında iştirak etdiyinə görə, 5-6 il həbsə məhkum edib.

Müttəhimlərdən heç biri və onların vəkillərinin bu ittihamları qəbul etmədikləri bir halda, məhkəmə hökumətə qarşı hərəkət, polisə qarşı zor tətbiqetmə və ictimai asayişi pozmağı bu 8 nəfərin məhkumluğunun səbəbləri elan edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında 5 oktyabr aksiyaları zamanı təxminən 50 nəfər həbs olunub.

Məhkəmə hakimi- Abbas Əliyevin sifarişli qərarına əsasən, Davud Kərimov- 6 il, Telman Şirəliyev- 6 il, Tərlan Ağadadaşov- 5 il 6 ay, Anar Qasımlı- 5 il 6 ay, İlham Hətəmov- 5 il 6 ay, Ceyhun Quliyev- 5 il, Rövşən Allahverdiyev- 5 il 6 ay, və Murad Quliyev- 5 il həbsə məhkum olunublar.

Azərbaycan Respublikasında hicab qadağasına etirazlar 2010-cu ilin dekabrdan başlanıb. 2011-ci il yanvar ayından indiyə qədər onlarla islam fəalı və hicabı müdafiə edən ruhani, o cümlədən Azərbaycan Respublikası İslam Partiyasının sədri və bir qrup üzvü hicab qadağasına etiraz etdiyinə görə, saxta ittihamlarla uzun müddətə azadlıqdan məhrum olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2010-cu ilin dekabr ayında bu ölkənin konstitusiyasına zidd bir bildirişdə vahid məktəbli geyimi qanununun icra olunması bəhanəsi ilə hicablı şagirdlərin orta məktəblərə gəlmələrini qadağan etdi. Bu da geniş etirazlara səbəb oldu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu