İranın ekologiya üzrə məsul şəxsi Xəzər dənizinin Rusiya tərəfindən çirkləndirilməsi prosesinin daha geniş formada davam etməsindən xəbər verib.
İranın ekologiyanı mühafizə təşkilatının sədr müavini Əbdürrza Kərbasi deyib: Rusiya Xəzərin çirkləndirilməsində 75%-lik paya malikdir. Azərbaycan, Türkmənistan və Qazaxıstanın Xəzərin çirkləndirilməsindəki ümumi payı isə 13%-dir.
Kərbasi əlavə edib: Azərbaycan Xəzərin çirkləndirilməsində az paya malik olsa da, Xəzərin çirkləndirilməsində ən problemli ölkələrdəndir. Çünki, bu ölkə neftin çıxarılmasında köhnə metodlardan istifadə edir. Bu da nəticə etibarı ilə Xəzərə sızan neft çirkləndiriclərinin İran sahillərinə yan almasına və İranın sahil sularının çirklənməsinə səbəb olub. Belə ki, yalnız ötən il neft sızmaları nəticəsində İranın sahil sularında 26 neft ləkəsi müşahidə olunmuşdu.