AsyaDünyaİranXƏBƏRLƏR

İslam Şurası Məclisi nüvə müzakirələrini himayə etdi

İranın İslam Şurası Məclisinin sədri, bu məclisin millət vəkillərinin nüvə müzakirələrini himayə etdiklərini bildirdi.

Fransada yayımlanan Lö Fiqaro qəzeti ilə müsahibəsi zamanı bu məqama toxunan Əli Laricani sonra deyib: İran İslam Respublikası elə əvvəldən nüvə məsələsinin siyasi müzakirələr yolu ilə həll ediləsi olacağına inanırdı.

İranın İslam Şurası Məclisinin sədri həmçinin deyib: nüvə mövzusu haqda İranla Qərb arasındakı məsələ, həll edilməyən bir mövzu deyildir, bu şərtlə ki, qərblilər bəhanə ardınca olmasınlar.

İran Parlamentinin sədri İran İslam Respublikasının nüvə enerjisindən istifadə üzrə təbii haqından vaz keçməyəcəyini də vurğulayıb.

Əli Laricani sonra deyib: İranla Amerika arasındakı əlaqələr, ABŞ-ın İrana qarşı həyata keçirdiyi qeyri-düzgün rəftarlara görə xələllə üzləşib.

Suriya olayları haqda münasibət bildirən İranın İslam Şurası Məclisinin sədri Suriya probleminin siyasi müzakirələr yolu və səsvermə ilə həll edilməli olduğuna təkid edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu