DünyaXƏBƏRLƏR

“Beynəlxalq suların təhlükəsizliyinin təminində dəniz qüvvələrinin iştirakı zəruridir”

İran İslam Respublikası ordusu dəniz qoşunları komandanı kontr-admiral Həbibullah Səyyari beynəlxalq sularda təhlükəsizliyin təmin olunmasında İranın dəniz qüvvələrinin güclü iştirakını vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına görə, ordunun dəniz qoşunları komandanı Ordu Hədisi adlı festivalın kənarında jurnalistlərə deyib: “Vilayət 92” dəniz hərbi təlimləri cari ilin 2-ci yarısında beynəlxalq sularda keçiriləcək və bu qüvvələrin suüstü, sualtı və uçuş üzrə müxtəlif komandosları iştirak edəcəklər.
Kontr-admiral Həbibullah Səyyari həmçinin “Kaman” tipli yeni raket atan esmineslərdən istifadənin olunmasının zamanı barəsində də ümidvarlıq edib ki, bu nailiyyətlərin gələn ildə təqdimatı keçiriləcək.
Ordunun dəniz qoşunları komandanı Pəsabəndərdə bu qüvvələrin yeni bazasının yaradılmasına toxunaraq bildirib: Bu bazanın yaradılması Məkran sahillərinə diqqətin yetirilməsi ilə əlaqədar Ali Baş Komandanın göstərişlərinin icrası istiqamətində baş tutur və ölkənin cənub-şərq sahillərinin beynəlxalq sulara çıxışını nəzərə alaraq bu sahillərdə bazarlar və böyük dəniz bölgələri yaradılmalıdır.
“Buna görə, Cask, Konarək və Rəs Meydani dəniz bölgələri və Pəsabəndər bazası yaradılıb. Bizim dəniz bazalarımızın vəzifəsi quru ərazilərə nəzarət, beynəlxalq sularda nəzarəti genişləndirmək və bu bölgələrdə iştirakı artırmaq istiqamətindədir” –deyə admiral bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu