Suriyada müharibənin başlanması ilə ifratçı sələfi qruplarının çılğın tərəfdarlarından birinə çevrilən livanlı xanəndə Livanın cənubundakı hadisələrin ardınca etiraf edib ki, bu ölkə ordusunun iki əsgərini qətlə yetirib.
Son vaxtlar internetdə yayımlanan video-çarxda Fəzl Şakir etiraf edir ki, Livan ordusunun 2 əsgərini Ədra şəhərində toqquşmaların ilk günündə qətlə yetirib.
Əl-Minar yazıb ki, video-çarxda silahlı ünsürlərin bir neçəsinin yanında dayanan bu xanəndə iki livanlı əsgəri qətlə yetirməklə “fərəhlənir”.