İraqın baş naziri ölkəsinin üzləşdiyi təhlükəsizlik problemlərinə işarə edərək, İraqı xarabalığa çevirmək istəyən bəzi region ölkələrinə xəbərdarlıq edib.
Nuri Maliki bu ölkələrə xitabən deyib: Onların növbəsi də çatacaq.
Maliki ordu komandanları və təhlükəsizlik rəsmiləri qarşısında etdiyi çıxışı zamanı deyib: Ölkənin təhlükəsizliyi iflasa uğramayıb.
N.Maliki əlavə edib: İraq elə bir müharibə ilə üz-üzədir ki, Allahın istəyi ilə inşallah bu müharibənin məğlub tərəfi olmayacaq. Əksinə, tam qətiyyətli formada qələbə çalacaq.
Maliki İraq xalqını birliyə və təfriqədən çəkinməyə çağırıb.
İraqın baş naziri həmçinin polis və ordunu səhlənkarlıqdan çəkinməyə dəvət edib.
Nuri Maliki deyib: qonşu ölkələr təxribatçılara nə qədər kömək etsələr də, onlara ölkənin təhlükəsizliyini və tarixini təhlükə ilə üzləşdirmək icazəsi verilməməlidir. Bu məntəqəni viranəliyə çevirməyə çalışanların da növbəsi çatacaq. Çünki, pis və şər əməli bir məkanda məhdudlaşdırmaq olmaz.
Maliki əlavə edib: Əgər onlar şər əməlləri İraqa yönəltmək istəyərlərsə, özlərini bu fəlakət ilə üzləşməyə hazırlamalıdırlar. Heç kəs təsəvvür etməməlidir ki, digər ölkənin daxili işlərinə müdaxilə edə və fitnə odunu alovlandıra, eyni halda onun şərindən amanda qala bilər.
İraqın baş naziri sonda deyib: Məntəqəyə göndərilən silahlar bütün region ölkələrini əhatə edir və ölkəsinin amanda olduğunu təsəvvür edənlər yanılırlar.