Sionist rejim hərbçilərinin İordan çayının Qərb Sahilinə hücumu zamanı bir fələstinli şəhid olub.
Əl-Resalə net saytının məlumatına görə Sionist rejim əsgərləri bu gün İordan çayının Qərb sahilində Əl-Xəlil şəhərinin Əl-Rəmazin bölgəsinə basqın ediblər. Hücumda sionist əsgərlərin atəş hücumunda Yusif Əbu Əkr adlı 16 yaşlı gənc bir fələstinli şəhid olub.
Sionist rejim İordan çayının Qərb Sahilində və işğal olunmuş ərazilərin sərhədindən ayırıcı bir divar inşa etməkdədir ki, bu divarın inşa əməliyyatının 60 faizi başa çatıb.
Beynəlxalq Haaqa məhkəməsi 2004-cü ilin iyun ayının 9-da bir bəyanatda ayırıcı divarın inşasını yol verilməz sayıb və Tələvivdən bu divarı uçurmasını istəmişdir.