Bu gün səhər çağı (8 yanvar) Yəmənin İmran vilayətində Əl-Hosi və təkfiri sələfi qruplar arasında baş verən qarşıdurmada onlarla nəfər ölüb və yaxud yaralanıb.
Yəmənin şimalında baş verən qarşıdurmalar ucbatından bu ölkənin şimalında münaqişəli məntəqələrdə yaşayan ailələrin üzvlərindən minlərlə nəfəri köçmək məcburiyyətində qalıblar.
Əl-cəzirə telekanalı bir məlumatda Yəmən dövlətinin vasitəçiliyi ilə təkfiri sələfi qruplar arasında atəşkəs razılaşmasının əldə olunmasını bildirib və deyib: Dünəndən bu razılaşmanın maddələrinin həyata keçirilməsinə başlanılıb.