Yəmənin şərqindəki neft boru-kəməri yenidən silahlı hücumçuların hücumuna məruz qalıb.
silahlı hücumçular şənbə günü( 21 dekabr) Marəb vilayətində yerləşən Vadi Əbidə məntəqəsindəki neft boru-kəmərinə hücum ediblər ki, bu hücum nəticəsində qeyd edilən boru-kəmərdən neftin köçürülməsi dayandırılıb.
Bu neft boru kəmərinə hücum elə bir halda baş veribdir ki, silahlı şəxslər cümə axşamı günü (19 dekabr) Marəb vilayətində yerləşən Əl-Erqeyn məntəqəsində başqa bir neft boru-kəmərini partlatmışdırlar.
Silahlı şəxslər Yəmənin neft-qaz boru-kəmərlərinə hücum edərək bu ölkəni əmn-amansız etmək ardıcadırlar. Yəmənin Neft Nazirliyi bu haqda bir bəyanat yayaraq belə bildirib: Silahlı şəxslər 2011-ci ilin mart ayından 2013-cü ilin mart ayına qədər Yəmənin neft və qaz boru-kəmərlərinə hücum etməklə 4 milyard 750 milyon dollar xəsarət vurublar.