Dünya

Yəmən Sanaada 600 əsirin birtərəfli qaydada azad edildiyini rəsmi açıqladı

Yəmən Sanaada 600 əsirin birtərəfli qaydada azad edildiyini rəsmi açıqladı

Yəməndə Əsirlər İşləri üzrə Milli Komitə Sanaada keçirilən mətbuat konfransında Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə 600 əsirin birtərəfli qaydada azad edildiyini açıqlayıb.

Komitənin sədri Əbdülqadir əl-Mürtəza bu addımı münaqişələr tarixində əsirlərin əfv edilməsi və birtərəfli azadlığı üzrə ən böyük təşəbbüs adlandırıb. O, əvvəlki birtərəfli təşəbbüslər çərçivəsində indiyədək 2 min 612 əsirin azad edildiyini bildirib.

Əl-Mürtəza vurğulayıb ki, Sana əsirlər məsələsinə humanist yanaşır və əsirlərin, eləcə də onların ailələrinin əzablarını azaltmaq üçün mövcud imkanlardan istifadə edir. O, həmçinin qarşı tərəfin həbsxanalarında dörd nəfərdən çox əsirlə bağlı pis rəftar və işgəncə hallarının qeydə alındığını açıqlayıb.