İranXƏBƏRLƏR

Salehi Suriya qarşısında Qətərin siyasətinə yenidən baxacağını ümid edib

İran İslam Respublikası xarici işlər naziri ümidvarlıq edib ki, Qətər Suriya böhranı qarşısındakı öz siyasətlərinə yenidən baxacaq.

Əli Əkbər Salehi bu gün çərşənbə günü öz tacik həmkarı Həmrahxan Zərifi ilə müştərək mətbuat konfransında Qətərin son prosesləri barəsində Qətərin yeni əmirini təbrik edərək ümidvarlıq edib ki, Qətərin yeni əmiri bu ölkənin Suriya barəsindəki keçmiş siyasətlərinə yenidən baxacaq ki, Suriya böhranı region ölkələrinin köməyi ilə tezliklə kütləvi qırğınların dayandırılması və sülh və təhlükəsizliyin bu ölkəyə qayıtması istiqamətində idarə olunsun.

Salehi İranla 5+1 qrupunun Qazaxıstanın Almatı şəhərində növbəti nüvə müzakirələrinin zamanı barəsində də deyib: Hələlik bu iclasın məkanı və zamanı barəsində qərar verilməyib və zamanın təyin olunması yeni seçilmiş prezident Həsən Ruhaninin öhdəsindədir. O məsələnin bütün cəhətlərinin araşdırılması istiqamətində bir qrup təyin etmişdir.

Salehi beynəlxalq səhnələrdə, xüsusilə də İranda son prezident seçkilərində İranın hüququnun dəstəklənməsi ilə bağlı Tacikistan xalqı və hökumətinin İslam Respublikasına olan dəstəklərinə görə təşəkkürünü bildirərək söyləyib: Bu seçkilər müxtəlif ölkələr, o cümlədən Tacikistanla münasibətlərin genişlənməsində müsbət təsirlərə malik olacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu