Birləşmiş Millətlər Təşkilatı müfəttişlərinin Suriyada kimyəvi silahlardan istifadə olunması barəsindəki hesabatı hazırlanıb.
BMT müfəttişləri bu hesabatı təşkilatın baş katibinə təqdim ediblər. Baş katib Ban Ki Mun da bu gün onu təqdim edəcəkdir.
Bundan öncə BMT baş katibinə istinadla Suriyada kimyəvi silahlardan istifadə olunması barəsində ziddiyyətli xəbərlər yayımlanmışdır.
ABŞ-ın başçılığı ilə qərb ölkələri Suriyada hökumət tərəfindən kimyəvi silahlardan istifadə olunduğunu bildirir və buna əsasən Suriyada hərbi müdaxiləyə səy göstərirlər. Lakin Suriyanın kimyəvi silahlarına nəzarət barəsində Rusiyanın təklifi ilə qərblilərin qalmaqal yaratmaq cəhdi öz təsirini itirib.